Azərbaycanda nağdsız ödənişlər 17 mlrd. manatadək arta bilər

12.02.2020 Off By admin

Azərbaycanda 2018-2020-ci illərdə rəqəmli ödənişlərin genişləndirilməsi üzrə dövlət proqramının icrası nəticəsində nağdsız ödənişlərin illik həcmi təqribən 17 mlrd. manatadək arta bilər.

APA-Economics”in məlumatına görə, bunu Bakıda keçirilən “Visa Cashless Forum”unda çıxış edən İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı deyib.

Onun sözlərinə görə, bu, nağdsız ödənişlərin payını hər il 7% artmasına imkan verəcək.

Xəbəri paylaş: