Azərbaycanda “Uşaq Səfirlər Məclisi” yaradılacaq

09.01.2020 Off By admin

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi “Uşaq Səfirlər Məclisi”nin yaradılmasını elan edib.

Komitədən APA-ya verilən məlumata görə, ölkə Prezidentinin 30 dekabr 2019-cu il tarixli Sərəncamı ilə 2020-ci il “Könüllülər ili” elan edilib. “Uşaq Səfirlər Məclisi”nin yaradılmasında məqsəd uşaqların da bu prosesə öz töhfəsini verməsi, iştirakının təmin olunması, eləcə də uşaqlarda müstəqil özünü ifadə etmə bacarığının, idarəetmə mədəniyyətinin formalaşmasıdır.  Məclis üzvləri tərəfindən uşaq hüquqlarının müdafiəsi, uşaq inkişafı, həmçinin, uşaqları narahat edən məsələlər barədə müzakirələr aparılacaq, onların həlli istiqamətində təkliflər irəli sürüləcək. Məclis üzvü seçilmək arzusunda olan 14-18 yaş arasında olan uşaqlar bu məqsədlə təşkil edilən müsabiqədə iştirak edə bilərlər.

Xəbəri paylaş: