Azərbaycanda xarici ölkə vətəndaşlarına göstərilən rabitə xidmətlərinin dəyəri 21% azalıb

16.12.2019 Off By admin

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanın xarici ölkələrlə qarşılıqlı rabitə xidmətlərinin dövriyyəsi ötən ilin müvafiq dövrü ilə müqayisədə 9,2% azalaraq 113,205 mln. ABŞ dolları təşkil edib.

APA-Economics” bu barədə Azərbaycan Mərkəzi Bankının açıqladığı 2019-cu ilin yanvar-sentyabr ayları üzrə Azərbaycanın Tədiyə Balansı göstəricilərinə istinadən xəbər verir.

Xarici ölkələr tərəfindən Azərbaycan rezidentlərinə göstərilən rabitə xidmətlərinin dəyəri ötən ilin eyni dövrü ilə müqayisədə 0,5% azalaraq 71,971 mln. dollar məbləğində olub.Hesabat dövründə qeyri-rezidentlərə göstərilən rabitə xidmətlərinin dəyəri ötən ilin müvafiq dövrünə nisbətən 21,3% azalaraq 41,234 mln. dollar təşkil edib.

Xəbəri paylaş: