Azərbaycanın “Naxçıvan” və “Qoşadaş” yataqlarının Rusiyanın “LUKOIL” şirkəti ilə birgə işlənilməsi barədə qərar qəbul olunub

22.01.2020 Off By admin

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 21-də Davosda Rusiyanın “LUKOIL” şirkətinin prezidenti Vahid Ələkbərov ilə görüşüb.

AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, görüşdə Azərbaycanın “Naxçıvan”, “Qoşadaş” yataqlarının “LUKOIL” şirkəti ilə birgə işlənilməsi məsələsi müzakirə olundu və bu barədə qərar qəbul edildi.

Söhbət zamanı perspektiv strukturlar və SOCAR-“LUKOIL” əməkdaşlığı ətrafında fikir mübadiləsi aparıldı.

Xəbəri paylaş: