Bakı-Sumqayıt yolunda avtoqəza baş verib – FOTO

Bakı-Sumqayıt yolunda avtoqəza baş verib – FOTO

17.04.2020 Off By admin

“Hakimiyyet.com” xəbər verir ki,

Bakı-Sumqayıt yolunda avtomobil qəzası baş verib.

APA-nın məlumatına görə, avtoqəza Xırdalan rayonu ərazisində qeydə alınıb.

Paytaxt istiqamətində yüksək sürətlə hərəkətdə olan “Daewoo” markalı minik maşını qarşısında hərəkət edən “Hyundai” markalı avtomobillə toqquşub və onu dəmir arakəsmələrə çırpıb. Daha sonra “Daewoo” markalı avtomobil aşıb. Sürücüsü isə avtomobildən düşərək hadisə yerindən yayınıb. Əraziyə cəlb olunmuş polis əməkdaşları onun sərxoş olduğunu və polisə müqavimət göstərdiyini bildiriblər.

Hazırda sürücünün şəxsiyyətinin müəyyən edilməsi istiqamətində araşdırma aparılır.

Xəbəri paylaş: