Bakıda 19 yaşlı oğlan faciəvi şəkildə öldü

28.01.2020 Off By admin

Bakıda 19 yaşlı oğlan dəm qazından boğulub.

Day.Az APA-ya istinadən xəbər verir ki, hadisə paytaxtın Nərimanov rayonu,  Böyük Şor Daş Karxanası 42/1 ünvanında qeydə alınıb. Həmin ünvanda kirayə qalan, Biləsuvar rayon sakini, 2001-ci il təvəllüdlü Faiq Quliyev mənzilin hamam otağında dəm qazından boğularaq ölüb.

Faktla bağlı Nərimanov Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq, zərərçəkmişin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

Xəbəri paylaş: