Bakıda 39 yaşlı qadını avtomobil vurub

05.01.2020 Off By admin

Sabunçu rayonunda baş verən yol-nəqliyyat hadisəsi zamanı bir nəfər xəsarət alıb.

Oxu.Az xəbər verir ki, qəza Zabrat qəsəbəsində qeydə alınıb.

Minik avtomobili yolu keçmək istəyən 1981-ci il təvəllüdlü İsmayılova Cəmilə Tariyel qızını vurub.

Yaralı 3 saylı şəhər xəstəxanasına çatdırılıb. Ona sağ diz oynağının əzilmiş yarası diaqnozu qoyulub.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır.

Xəbəri paylaş: