Bakıda “Cənubi Qafqaz üçün Ekodəhliz Fondu” canlı landşaftlar üçün əməkdaşlıq mövzusunda görüş keçirir

07.02.2020 Off By admin

Bakıda “Cənubi Qafqaz üçün Ekodəhliz Fondu” canlı landşaftlar üçün əməkdaşlıq mövzusunda görüş keçirir.

AZƏRTAC xəbər verir ki, görüşün məqsədi bu sahədə həyata keçirilən tədbirlər, ətraf mühitin mühafizəsi üzrə mühafizə ərazilərinin yaradılması və Ekodəhliz Proqramının gələcək planlarını müzakirə etməkdir.

Görüşdə Ekologiya və Təbii Sərvətlər nazirinin müavini Novruz Quliyev biomüxtəliflik sahəsində əməkdaşlığın gücləndirilməsi sahəsində görülən işlərin əhəmiyyətindən danışıb.

Almaniyanın ölkəmizdəki səfiri Volfqanq Maniq regional əhəmiyyətli layihənin perspektivləri, ətraf mühitin qorunması sahəsində, eləcə də yerli əhalinin yaşadığı ərazidə təbiətin mühafizəsi ilə əlaqədar görüləsi işlər barədə bəhs edib.

Çıxış edənlər brakonyerliyə qarşı nəzarət, istifadəsi məhdud olan vəhşi təbiətin əsas yaşayış zonası yaratmaqla yaşayış yerlərinin bərpası, vahid otlaq idarəetmə planları, meşələrin davamlı istifadəsi, yaşayış yerlərinin və landşaftın yüksək dəyər elementlərinin saxlanması barədə layihə çərçivəsində görülən işlər barədə məlumat veriblər.

Qeyd edək ki, proqram “Ekoregional Dəhliz Fondu” ekoloji dəhlizlərdə davamlı torpaq istifadəsi təcrübəsi və ekoloji xidmətlər üçün ödənişləri təşviq etmək məqsədilə yaradılıb və EDF Dünya Təbiəti Mühafizə Fondu tərəfindən idarə olunur. “Cənubi Qafqazın Ekodəhlizlər Proqramı” Azərbaycan, Gürcüstan və Ermənistanda Dünya Təbiəti Mühafizə Fondunun (WWF) Qafqaz ofisi tərəfindən Almaniyanın İqtisadi Əməkdaşlıq və İnkişafı üçün Federal Nazirliyinin KfW İnkişaf Bankının maliyyə dəstəyi ilə həyata keçirilir.

Xəbəri paylaş: