Bakıda kişi yolun ortasında rəqs edib, maşınlara təpik atdı

31.01.2020 Off By admin

Bu gün səhər saatlarında paytaxtın Babək prospektində qəribə hadisə qeydə alınıb.

Bir nəfər özünü yolun ortasına ataraq qəza şəraiti yaradıb.

Nəqliyyatın intensiv hərəkətdə olduğu prospektdə avtomobil yolunun ortası ilə gəzərək rəqs edən şəxs ətrafdakıların diqqətini çəkib.

Ətrafdan sürətlə keçən avtomobillərə məhəl qoymayan şəxs nəqliyyat vasitələrinə təpik atıb.

Həmin görüntüləri təqdim edirik:

Xəbəri paylaş: