Bakıda sürücü qəza törədib hadisə yerindən qaçdı

04.01.2020 Off By admin

Bakıda qəza törədib hadisə yerindən yayınan sürücünün görüntüsü qeydə alınıb.

Hadisə Füzuli küçəsində baş verib.

Həmin küçədəki yolun sol zolağında hərəkətdə olan 99-NS-805 qeydiyyat nişanlı “Opel” markalı avtomobilin sürücüsü sağa qəfil manevr edərək həmin zolaqda olan avtomobili vurub.

Sürücü dayanıb avtomobildən düşənə kimi, “Opel” markalı avtomobilin sürücüsü hərəkətə başlayaraq hadisə yerindən qaçıb.

Xəbəri paylaş: