Bank Aktivlərinin İdarəedilməsi Agentliyi nədən Prezidentin göstərişlərini saya almır?

14.01.2020 Off By admin

Artıq 2 ildən yuxarıdır ki, Beynəlxalq Bankın Səbail filialının bir qrup cinayətkar dəstəsinin əməkdaşları sayəsində mənim adımda olan “JEEP GRAND CROEKE” markalı 10FN005 (10LB678) dövlət qeydiyyat nömrəli avtomobil Bank Aktivlərinin İdarəedilməsi Agentliyinin sayəsində avtomobil cərimə meydançasında saxlanaraq qəsdən məhv edilir. Dəfələrlə BAİA rəhbərliyinə bu barədə müraciət olunsa da, heç bir nəticə yoxdur. “Prezident dediyiniz kimi yaxşı oğlandırsa, gəlib özü bu məsələni həll etsinl!”- deməklə, özlərini tam sərbəst, ölkə qanunlarına sayğısız aparırlar. Bu barədə Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə, Bakı Şəhər Baş Polis İdarəsinə müraciət etsək də, heç bir əhəmiyyəti olmayıb. Baş Prokurorluq, Bakı Şəhər Prokurorluğu, Səbail Rayon Prokurorluğu bu agentliklə “aqrarkredit” təşkilatının rəhbəri Məmməd Musayevə görə mübarizə aparmağı bacarmadıqlarını söyləyirlər. Bakı Şəhər Baş Polis İdarəsinin rəisi Mirqafar Seyidovun 3 aya yaxın müddətdə qəbuluna yazılsaq da, xeyri yoxdur, qəbul etməkdən imtina edir. İşə baxan müstəntiq Həbib Həbibli də nə edəcəyini bilmir. Yenə də çıxış yolu ölkənin Prezidentinə müraciətə qalır!

Füzuli İsmayılov,

“Hakimiyyət” qəzetinin baş redaktoru,

AJB-nin üzvü

Xəbəri paylaş: