Bank olmayan kredit təşkilatları Koronavirusla Mübarizəyə Dəstək Fonduna vəsait köçürüb

Bank olmayan kredit təşkilatları Koronavirusla Mübarizəyə Dəstək Fonduna vəsait köçürüb

15.04.2020 Off By admin

Azərbaycanın mikromaliyyə təşkilatları ölkədə həyata keçirilən sosial məsuliyyət təşəbbüslərinə yaxından dəstək verir.

Azərbaycan Mikromaliyyə Assosiasiyasından (AMFA) AZƏRTAC-a bildirilib ki, ölkənin bank olmayan kredit təşkilatları (BOKT) Prezident İlham Əliyevin çağırışına qoşularaq dövlət başçısının 19 mart tarixli Fərmanı ilə yaradılmış Koronavirusla Mübarizəyə Dəstək Fonduna böyük məbləğdə vəsait köçürüb.

Koronavirusla Mübarizəyə Dəstək Fonduna vəsait ayıran BOKT-lar aşağakılardır:

Xatırladaq ki, Prezident İlham Əliyevin əhalinin sağlamlığının qorunması və koronavirus infeksiyasına qarşı mübarizənin gücləndirilməsi ilə bağlı 19 mart tarixli Fərmanına əsasən, ölkəmizdə koronavirus infeksiyasına qarşı preventiv addımlar atılması və mübarizə tədbirlərinin gücləndirilməsi məqsədilə ölkə əhalisinin təhlükəsizliyinə xidmət edən Koronavirusla Mübarizəyə Dəstək Fondu yaradılıb. İndiyədək fonda 111,8 milyon manatdan çox vəsait toplanıb.

Xəbəri paylaş: