“Bavariya” komandası növbəti məşqinə çıxıb

“Bavariya” komandası növbəti məşqinə çıxıb

17.04.2020 Off By admin

Almaniyanın “Bavariya” futbol komandası koronavirus pandemiyasına baxmayaraq, növbəti məşqə çıxıb.

AZƏRTAC xəbər verir ki, ötən həftədən məşqləri bərpa edən Münxen təmsilçisinin son hazırlığı klubun bazasında olub. Futbolçular məşq zamanı kiçik qruplara bölünüb. Onlar arasında azı 1,5 metr məsafə saxlanılıb.

Klub məşqi izləməyə gəlmək istəyən azarkeşləri üçün də “zəhmət olmasa, məsafəni qoruyun” mesajını verib.

Xəbəri paylaş: