Belarus Misirdə AES-in istismarında Rusiya ilə əməkdaşlıq edəcək

23.02.2020 Off By admin

Misirdə rəsmi səfərdə olan Belarus Prezidenti Aleksandr Lukaşenko bəyan edib ki, o, rusiyalı həmkarı Vladimir Putinlə Misirdə Dabaa atom elektrik stansiyasının istismarını birgə həyata keçirməyi müzakirə edib.

Rusiyanın “Rosatom” korporasiyası AES-də işləyəcək 2 min misirli üçün təlim kursları keçirir. Onlar cari ildə istifadəyə veriləcək bu nəhəng obyektin texniki personalı olacaqlar. AES-in açılışında RF Prezidentinin də iştirakı gözlənilir.

Dabaa AES-in inşa edilməsi ilə bağlı Misirlə Rusiya arasında saziş 2015-ci ildə imzalanıb. Moskva bu layihə ilə bağlı Qahirəyə 25 milyard dollar kredit ayırıb. Hər biri 1 200 meqavat gücündə olacaq üç nüvə reaktorundan ibarət AES-də 50 min misirli üçün iş yerləri açılıb.

Xəbəri paylaş: