Beynəlxalq Tennis Federasiyası qurum daxilində maliyyə ixtisarlarına başlayıb

Beynəlxalq Tennis Federasiyası qurum daxilində maliyyə ixtisarlarına başlayıb

16.04.2020 Off By admin

Beynəlxalq Tennis Federasiyası qurum daxilində maliyyə ixtisarlarına başlayıb.

AZƏRTAC xəbər verir ki, qurumun prezidenti Devid Heqqertinin sözlərinə görə, özü də daxil olmaqla rəhbər vəzifədə çalışanların məvacibi 30 faiz azaldılacaq.

O, indiki vəziyyətdə gəlir mənbələrinin tükəndiyini deyib. Çünki federasiya pandemiyaya görə 900 yarışı təxirə salıb. Heqqerti bütün bu çətinliklərə dözəcəklərini və ən başlıcası insanların sağlamlığının qayğısına qalmalı olduqlarını söyləyib.

Xəbəri paylaş: