BFB-də Maliyyə Nazirliyinin 10 mln. manatlıq istiqrazları yerləşdirilib

19.02.2020 Off By admin

Bakı Fond Birjasında (BFB) Azərbaycan Maliyyə Nazirliyinin AZ0108001782 ISIN-li, 10 mln. manatlıq, 1 820 gün tədavül müddətli dövlət ortamüddətli istiqrazlarının (DOİ) yerləşdirilməsi üzrə hərrac keçirilib.

BFB-dən “APA-Economics”ə verilən məlumata görə, hərrac zamanı 12 investor tərəfindən qiymət intervalı 98,0000 AZN (9,1315%) və 102,526 AZN (7,9980%) olan 14 sifariş təqdim edilib.

Maliyyə Nazirliyinin qərarına əsasən, istiqrazların kəsmə qiyməti 100,9422 AZN (8,3875%), orta ölçülmüş qiyməti isə 101,6595 AZN (8,2102%) səviyyəsində müəyyən edilib. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 55 292 300 manat yerləşdirilmiş həcmi isə 10 mln. manat təşkil edib.

İstiqrazların ödəmə tarixi 2025-ci ilin yanvarın 21-dir.

Hərrac iştirakçıları 6 fevral 2020-ci il (T+1) tarixinədək istiqrazların alışı üzrə öhdəliklərini icra etməlidirlər.

Xəbəri paylaş: