BFB-də Maliyyə Nazirliyinin 15 mln. manatlıq DQİ emissiyası yerləşdirilib

18.12.2019 Off By admin

Bakı Fond Birjasında (BFB) Azərbaycan Maliyyə Nazirliyinin AZ0104012742 ISIN-li, 15 mln. manat həcmində, 364 gün tədavül müddətli dövlət qısamüddətli istiqrazlarının (DQİ) yerləşdirilməsi üzrə hərrac keçirilib.

BFB-dən “APA-Economics”ə verilən məlumata görə, hərrac zamanı 18 investor tərəfindən qiymət intervalı  93,4915 manat (7%) və 95,2629 manat (5,0000%) olan 28 sifariş təqdim edilib.

Maliyyə Nazirliyinin qərarına əsasən, istiqrazların kəsmə qiyməti 94,7297 manat (5,5941%) orta ölçülmüş qiyməti 94,8017 manat (5,5135%) müəyyən edilib.

Sifarişlərin nominal qiymətlə ümumi məbləği 85 697 200 manat yerləşdirilən həcmi isə 15 mln. manat təşkil edib. İstiqrazların ödəmə tarixi 15.12.2020-ci ildir.

Hərrac iştirakçıları 28 dekabr 2019-cu il (T+1) tarixinədək istiqrazların alışı üzrə öhdəliklərini icra etməlidirlər.

Xəbəri paylaş: