Binəqədidə partlayış zamanı iki nəfər xəsarət alıb

Binəqədidə partlayış zamanı iki nəfər xəsarət alıb

19.11.2020 Off By admin

Paytaxtın Binəqədi rayonunda ümumi sahəsi 1200 kvadratmetr olan ikimərtəbəli binada (ofis və s. təyinatlı) yanğınla nəticələnən partlayış baş verib. Yanğın nəticəsində binanın fasad üzlüyü (alkopan və penoplast) 30 kvadratmetr sahədə yanıb.

Fövqəladə Hallar Nazirliyindən Hakimiyyet.com-a bildiriblər ki, partlayış dalğasının təsirindən binanın konstruksiyaları dağılıb, yaxınlıqda dayanan minik avtomobillərinə ziyan dəyib.

Yanğın bölmələri hadisə yerinə çatanadək iki nəfər yanıq xəsarətləri ilə xəstəxanaya aparılıb.

Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb. Binanın qalan hissəsi yanğından mühafizə olunub.

İlkin ehtimala görə, partlayış məişət qazının sızması nəticəsində baş verib.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

Mehriban

Xəbəri paylaş: