Birinci rübdə Azərbaycanla Belarusun ticarət dövriyyəsi 34 milyon dollara yaxın olub

Birinci rübdə Azərbaycanla Belarusun ticarət dövriyyəsi 34 milyon dollara yaxın olub

16.04.2020 Off By admin

Yanvar-mart aylarında Azərbaycan və Belarus arasında ticarət dövriyyəsi 34 milyon dollara yaxın olub.

Bu barədə AZƏRTAC-a Belarus Dövlət Statistika Komitəsindən məlumat verilib. Hesabat dövründə Belarusdan Azərbaycana ixracın dəyəri 28,6 milyon dollar, ölkəmizdən Belarusa isə 5,2 milyon dollar təşkil edib.

Qeyd edək ki, 2019-cu ildə Azərbaycanla Belarus arasında idxal-ixrac əməliyyatlarının dəyəri 227 milyon dolları ötüb, bu da 2018-ci illə müqayisədə 23 milyon dollar çoxdur.

Emil Hüseynli

AZƏRTAC-ın xüsusi müxbiri

Minsk

Xəbəri paylaş: