Birinci vitse-prezident Mehriban Əliyeva Kəlbəcərin işğaldan azad olunması münasibətilə xalqımızı təbrik edib

Birinci vitse-prezident Mehriban Əliyeva Kəlbəcərin işğaldan azad olunması münasibətilə xalqımızı təbrik edib

25.11.2020 Выкл. Автор admin

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva Kəlbəcər rayonunun işğaldan azad olunması münasibətilə rəsmi “Instagram” səhifəsində paylaşım edib. Hakimiyyet.com paylaşımı təqdim edir:

“Hörmətli həmvətənlər!

Sizi əlamətdar hadisə — Kəlbəcər rayonunun işğaldan azad olunması münasibətilə səmimi-qəlbdən təbrik edirəm! Qoy Şanlı Qələbəmiz hər evə, hər ailəyə bol sevinc, təbəssüm, səadət, ölkəmizə sülh və əmin-amanlıq gətirsin! Uca Tanrı xalqımızı, Vətənimizi və Prezidentimizi qorusun! Qarabağ̆ Azərbaycandır!”