Brent neftinin qiyməti ötən ilin dekabrın 3-dən ilk dəfə 61 dollardan aşağı düşüb

25.01.2020 Off By admin

ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində (Bakı vaxtı ilə saat 17:33-də) Brent neftinin ixracına dair 2020-ci ilin mart müqaviləsinin dəyəri 1,76% azalaraq 1 barelə görə 60,95 dollar təşkil edib.

APA-Economics”in məlumatına görə, sözügedən markalı neftin qiyməti sonuncu dəfə 61 dollardan aşağı ötən ilin dekabrın 3-də düşmüşdü.

Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən ticarət əməliyyatlarının gedişində WTI markalı neftin 1 barelinin dəyəri 2,20% azalaraq 54,37 dollar təşkil edib.

Xəbəri paylaş: