Bu il Gömrük Komitəsinə 1,1 milyondan çox elektron müraciət daxil olub

Bu il Gömrük Komitəsinə 1,1 milyondan çox elektron müraciət daxil olub

16.04.2020 Off By admin

Yanvar-mart aylarında vətəndaşlar tərəfindən Dövlət Gömrük Komitəsinə 1 milyon 113,3 mindən çox elektron müraciət daxil olub.

Komitədən AZƏRTAC-a bildirilib ki, daxil olan müraciətlər arasında fiziki şəxslər tərəfindən Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən malların və nəqliyyat vasitələrinin bəyan edilməsi üzrə elektron sadələşdirilmiş bəyannamənin qəbulu, gömrük əməliyyatları və ya gömrük prosedurları ilə bağlı ödəniləcək gömrük ödənişlərinin həyata keçirilməsi çoxluq təşkil edib.

Xəbəri paylaş: