Bütün Azərbaycan bu polis leytenantından danışır – FOTO

30.01.2020 Off By admin
Daxili İşlər Nazirliyinin (DİN) əməkdaşı, polis leytenantı Tural Sofuyev nümunəvi addım atıb

Redaktor.az-ın verdiyi xəbərə görə bu barədə sosial mediada məlumat yayılıb. Qeyd edilib ki, DİN əməkdaşı yanvarın 19-da 1 yaşlı oğlu Məhəmmədə kiçik toy edib. Polis leytenantı toya “Ümid evi” körpələr evində məskunlaşmış 4 azyaşlını – Mərhəmət, Hacı, Novruz və Yusifi dəvət edib. Balaca qonaqlara da öz oğlu ilə birlikdə toy qiyafəsi geyindirib və bəylik kürsüsünə əyləşdirib. Körpələr evinin sakinlərini öz övladlarından fərqləndirməyən leytenant və mərasimin digər qonaqları uşaqları rəqsə dəvət edib, diqqət, qayğı göstəriblər.

Polis əməkdaşı həmin kimsəsiz körpələrin də sünnət xərclərini öz üzərinə götürərək, onları bu həftənin cümə axşamı “Topçubaşov” adına xəstəxanada sünnət əməliyyatı etdirəcək.

Qeyd edək ki, Tural Sofuyev ailəlidir, bir qız, bir oğul atasıdır.

Xəbəri paylaş: