Cəlilabadda hind quşları təsərrüfatı

Cəlilabadda hind quşları təsərrüfatı

16.09.2020

         Cəlilabad rayon sakini Şahin Süleymanov uzun illərdir ki, hind quşları təsərrüfatı yaradaraq inkişaf etdirir və demək olar ki, bu sahənin peşəkar bilicisinə çevrilməklə yanaşı, quşçulug üzrə mütəxəssisdir. Şahin Süleymanov 1981- ci ildən bu sahə ilə məşğuldur. Hələ Sovetlər dönəmindən bu sahəyə maragının yarandıgını deyir.  Hazırda fəaliyyət göstərdiyi bu təsərrüfatda isə 1993-cü ildən tam olarag fəaliyyət göstərən sahibkar bu işin çətinliyi ilə yanaşı gəlirli sahə oldugunu da bildirir. Ümumiyyətlə, hind quşları həddindən artıg zəhmət və diqqət tələb edən quşlardır. Təsərrüfatçı Şahin Süleymanov bu vaxtadək müxtəlif növ hind quşlarını bəslədiklərini, rayonda və ölkənin digər yerlərində bazarlara, market və restoranlara satır. Ş. Süleymanov dişi hind quşlarının ətinin dadlı olmaqla yanaşı, qiymətinin də erkək hind quşlarına nisbətən baha satıldığını bildirdi. Şahin Süleymanov iqtisadçı olmasına baxmayaraq, bu sahənin peşəkar bilicisi kimi bölgənin, ayrı-ayrı rayonların sahibkarlarına da öz məsləhət və tövsiyyələrini əsirgəmir,  quşçulug təsərrüfatları quran sahibkarlara yaxından dəstək olur. Ş Süleymanov uzun illər Rusiyada və “Cəlilabad  Quşçuluq Broyleri” ASC- də kəsim sexinin rəisi vəzifəsində çalışmışdır.. Şahin Süleymanov demək olar ki, ömrünün böyük bir hissəsini bu sahəyə həsr edib və bu işdən hər zaman zövq alır. 150.000 yumurta tutumu olan İnkubator aparatı vasitəsi ilə həm ölkədən və həm də xaricdən gətirilən yumurta növləri burda bəslənərək müxtəlif sortlu hind quşları inkişaf etdirilir. Hazırda təsərrüfatda 2 minə yaxın hind quşları var. Bu da təsərrüfatda fəaliyyət göstərən  insanların sayəsində ərsəyə gəlib. Ölkədə ərzaq təminatı, işsizliyin aradan qaldırılması məhz belə təsərrüfat rəhbərlərinin əməyi sayəsində baş verir. və hal hazırda istənilən vaxt hər bir kəs bu təsərrüfata yaxınlaşaraq rahat formada hinduşka sifariş verə bilər.çəkiliş zamanı yumurtadan yenicə çıxmıx hiduşka balalarının bəsləndiyinin şahidi oldug.

Sahibkar Şahin Süleymanov bizimlə söhbəti zamanı bildirdi ki, hər il ümumilikdə 600 ton hind quşu və toyuq ətı satır. 

 

Rəşad Əkbəroglu,

“HAKİMİYYƏT” qəzetinin, Hakimiyyet.com və HAKİMİYYƏT TV-nin bölgədə xüsusi müxbiri                   

Xəbəri paylaş: