Cəlilabadda narahat durum

Cəlilabadda narahat durum

29.08.2020

Cəlilabad rayonu Məhəmməd Hadi küçəsinin sakinləri onları uzun illərdən bəri yol problemindən şikayətçidirlər. Petrovka adlanan bu yaşayış ərazisini rayon mərkəzi ilə birləşdirən körpünün qəzalı vəziyyətdə olması narahatlıq yaradır.  Qarşıdan payız, qış gəlir. Yolların keçilməzliyi və böyük yaşayış massivinin rayon mərkəzi ilə əlaqəsini təmin edən körpünün yenidən illər öncə sel sularının dağıtdığı kimi növbəti dəfə acınacaqlı duruma düşmələrindən ehtiyat edirlər. Bununla bağlı əməkdaşlarımız ərazidə olmuş və insanların haqlı narazılığlarını aidiyyatı qurumlara təqdim etmək üçün reportaj hazırlamışlar. Yerli sakinlər bizə bildirmişlər ki, bir neçə il öncə bu körpunü sakinlər öz vəsaitləri hesabına bərpa etmişlər, amma təəssüflər olsun ki, pandemiya dövründə insanların bunu etməyə maddi imkanlarının olmadığı bir vaxtda küçələrin bərbad durumda, kanalizasiya quyularının  sınığ olması hər an təhlükədən, bədbəxt hadisədən xəbər verir. Sakinlərin “Hakimiyyət tv” -yə verdiyi müəlumata görə, küçədə axşam saatlarında qaranlığ olduquğundan kanalizasiya xəttlərinin ətraf hissələrində yaranan boşluğa düşərək bir az yaşlı uşaq və bir qadın xəsarət almışlar. Bu cür halların baş verməsindən ehtiyat edən sakinlərin tələbi yolların asfaltlanması, küçələrdə isə zibil qutularının qoyulmasıdır. Qeyd edək ki, yaxında olan içməli su hövzəsi zibilliyə çevrilib, çəkiliş aparığımız ərazidə zibil və tullantıların xoşagəlməz qoxusundan dayanmaq qeyri mümkün idi.

Maraqlıdır, Cəlilabad Rayon İcra Hakimiyyətindən bu cur halları görüb göz yumanlar görəsən nə düşünürlər?

Xüsusilə də, COVİD-19 pandemiyasının dünyaya meydan oxuduğu bir vaxtda. Vəziyyəti belə görəndə fikirləşirsən ki, belə antisanitariya şəraitində hansı dezinfeksiyadan söhbət gedə bilər. Rayon rəhbərliyi yenə öz işində, mal-mülk hayındadır. Bu gönü qalın məmurlar nə vaxt Allah yoluna gələcəklər?
Cəlilabad Rayon Mənzil Kommunal İdarəsinin sahə rəisi Həbulla Hüseynov əməkdaşlarımıza bildirib ki, onların bu işlərin həlli üçün maddi imkanları yoxdur, dövlət zibil qutularıyla idarəni təmin etmir.
Buradakı sakinlərin acınacaqlı problemlərindən biri də, içməli su hövzəsinə atılan zibillərin yığılıb üfunət qoxusu yaratması,  sözü gedən ərazidən iylənmiş çirkab sularının Seyrəngah adlanan rayon əhalisinin istirahət etdiyi ərazidəki süni gölə axmasıdır. Bu da virus və xəstəliklərin, müxtəlif növ həşəratların ərazini basması narahatlığı yaradan amillərdəndir.

BİZ BU NÖQSANLARI GÖRÜB ÇƏKDİK VƏ YAZDIQ, HƏLLİ İSƏ AİDİYYATI ORQANLARIN ÜZƏRİNƏ DÜŞÜR. MƏSƏLƏNİ GÜNDƏMDƏ SAXLAYACAĞIQ.

Rəşad Əkbəroğlu, Cəlilabaddan

“Hakimiyyət” qəzeti və “HAKİMİYYETTV” üçün

Xəbəri paylaş: