CƏLİLABADDA SU PROBLEMİ-UZUNTƏPƏ SAKİNLƏRİ UZUNÇULUQLA QARŞILAŞIB

CƏLİLABADDA SU PROBLEMİ-UZUNTƏPƏ SAKİNLƏRİ UZUNÇULUQLA QARŞILAŞIB

26.07.2020

Cəlilabadın Uzuntəpə kənd sakinləri uzun illərdir ki,onları narahat edən həyat mənbəyi olan su
üzünə həs rət qalıblar. Bəziləri bunu kəndin adında “uzun” sözü olduğundan problemlərinin də
buradan qaynaqlandığını deyirlər. Kənd sakinlərinin sözlrinə görə susuzluqdan heyvandarlı q,
əkinçilik, eləcə də istifadə üçün su tapmaq çox çətin olub. Sakinlər dəfələrlə aidiyyatı orqanlara,
yerli və Rayon İcra Hakimiyyətinə mü raciət etdiklərini, bugünədək isə heç bir cavab almadlqlarını
bildirirlər. Qeyd edək ki, rayonun Uzuntəpə kəndində 13.000 -dən artıq əhali yaşamasına
baxmayaraq, kəndin su təçhizatı demək olar ki, yoxdur və insanlar istifadə etdikləri suyu su
maşınları və digər texnikalar vasitəsilə rayon mərkəzindən gətizdirirlər. Bu da maddi cəhətdən
insanlara xeyli zərər vurur.

Kənd sakinlərinin böyük əksəriyyətin susuzluq problemi ucbatından kənddə onlara düşən pay
torpaqlarını əkib becərə bilmirlər, su qıtlığı demək olar ki, uzuntəpəlilər üçün torpaqdan səmərəli
istifadə edə bilmək mümkünsüz olub. Bu isə kəndilin əkinsiz və təsərrüfatsız durumunun daha da
ağır olduğundan xəbər verir. Kəndin ərazisindən keçən Əzizbəyov kanalının illərdir ki, susuz olması
və hazırkı pandemiya dövründə insanlar tərəfindən məişət tullantılarının ora atılaraq ərazinin
zibilliyə çevirilməsi isə çirkab və üfunətli qoxuyla yanaşı, həm də, xəstəlik məmbəyidir.
Hal- hazırda kənd ərazisində olan bir neçə su quyuları var ki, onlar da bəzi insanların öz şəxsi vəsaitləri
hesabına başa gəlib və o quyularda suyun həcmi çox zəifdir.
Qeyd edək ki, bir neçə gün öncə ölkə rəhbərinin bu məsələ ilə bağlı keçirdiyi video konfransda
cənab Prezident içməli su təchizati, eləcə də melorasiya sahəsində ölkədə yaranmış problemlərin
həlli istiqamətində səhlənkarlıqların və suya tələbatın olduğu ərazilərdə lazımi işlərin görülməsi
tapşırıq verdi. Biz də ölkədə bu sahədə yaranan problemlərin həlli istiqamətində görülən işlərdən
daima “HAKİMİYYƏT” qəzetində, “HAKİMİYYET.com”media portallında və “HAKİMİYYET TV”-də
müntəzəm xəbərlər dərc edir, məlumatlar veririk.

Rəşad Əkbəroglu,
Cəlilabaddan xüsusi olaraq “Hakimiyyet.com” üçün

Xəbəri paylaş: