Çempionlar Liqası: 1/8 finalın daha 4 iştirakçısı müəyyənləşib

11.12.2019 Off By admin

Çempionlar Liqasında qrup mərhələsinin VI turunun ilk oyun günü başa çatıb.

Apasport.az saytının məlumatına görə, matçları daha tez keçirilən E qrupunun ardından F, G və H qruplarında da mübarizəyə yekun vurulub.

Son 6 qarşılaşmadan sonra 1/8 finala vəsiqə qazanan daha 4 komanda müəyyənləşib. Dortmund “Borussiya”sı, “Lion”, “Çelsi” və “Valensiya” mübarizəni davam etdirmək hüququ qazanıb. “İnter”, “Ayaks” və “Benfika” isə Avropa Liqasına – 1/16 final mərhələsinə yollanıb.

Qeyd edək ki, buna qədər “Barselona”, “Leypsiq”, PSJ, “Real”, “Bavariya”, “Tottenhem”, “Yuventus”, “Mançester Siti”, “Liverpul” və “Napoli” 1/8 finala yüksəlib.

Çempionlar Liqası
Qrup mərhələsi
VI tur
10 dekabr

F qrupu 
00:00. “Borussiya” (D, Almaniya) – “Slaviya” (Çexiya) – 2:1
Sanço, 10, Brandt, 61 – Souçek, 43
00:00. “İnter” (İtaliya) – “Barselona” (İspaniya) – 1:2
Lukaku, 44 – Peres, 23, Fati, 87

1 Barselona 6 4 2 0 9-4 14
2 Borussiya D 6 3 1 2 8-8 10
3 İnter 6 2 1 3 10-9 7
4 Slaviya 6 0 2 4 4-10 2

G qrupu
00:00. “Lion” (Fransa) – “Leypsiq” (Almaniya) – 2:2
Aouar, 50, Depay, 82 – Forsberq, 9 (pen.), Verner, 33 (pen.)
00:00. “Benfika” (Portuqaliya) – “Zenit” (Rusiya) – 3:0
Çervi, 47, Pizzi, 58 (pen.), Azmun, 79 (avtoqol)

1 Leypsiq 6 3 2 1 10-8 11
2 Lion 6 2 2 2 9-8 8
3 Benfika 6 2 1 3 10-11 7
4 Zenit 6 2 1 3 7-9 7

H qrupu
00:00. “Çelsi” (İngiltərə) – “Lill” (Fransa) – 2:1
Abraham, 19, Aspilikueta, 35 – Remi, 78
00:00. “Ayaks” (Niderland) – “Valensiya” (İspaniya) – 0:1
Rodriqo, 24

1 Valensiya 6 3 2 2 8-7 11
2 Çelsi 6 3 2 1 11-9 11
3 Ayaks 6 3 1 2 12-6 10
4 Lill 6 0 1 5 4-13 1

 

Xəbəri paylaş: