Çində 5 bal gücündə zəlzələ olub

21.02.2020 Off By admin

Çinin Tibet muxtar rayonunda 5 bal gücündə zəlzələ baş verib.

AZƏRTAC xəbər verir ki, bu barədə Çin Seysmologiya Mərkəzi məlumat yayıb. Yeraltı təkanlar yerli vaxtla saat 2:01-də Qerze qəsəbəsində qeydə alınıb. Zəlzələ ocağı yer səthindən 9 kilometr dərinlikdə olub.

Hələlik dağıntı və insan tələfatı barədə məlumat yoxdur.

Xəbəri paylaş: