Çində koronavirusa 26 yeni yoluxma halı qeydə alınıb

Çində koronavirusa 26 yeni yoluxma halı qeydə alınıb

17.04.2020 Off By admin

“Hakimiyyet.com” xəbər verir ki,

Çində yeni növ koronavirusa (COVİD-19) 26 yeni yoluxma halı qeydə alınıb.

Trend-in “TASS”a istinadən verdiyi məlumata görə, bu barədə Çinin gigiyena və səhiyyə üzrə Dövlət Komitəsindən bildiriblər.

Bildirilir ki, son sutka ərzində koronavirusdan ölən olmayıb, 52 nəfər sağalıb. Qeyd edilir ki, ölkədə koronavirusa yoluxanların 94,6 faizi sağalıb.

Ümumilikdə yoluxma hallarının sayı 82,3 mini ötüb, koronavirusdan 3,3 mindən artıq insan ölüb.

Hökumət gücləndirilmiş təhlükəsizlik tədbirlərini həyata keçirməyə davam edir. İctimai yerlərdə davranışı tənzimləyən xüsusi qaydalar tətbiq olunur. Yoluxanlarla yaxın təmasda olan 8.9 mindən çox insan ölkə həkimlərinin nəzarəti altındadır.

Xəbəri paylaş: