Çində koronavirusdan ölənlərin sayı 1488-ə çatıb

14.02.2020 Off By admin

Çində koronavirus qurbanlarının sayı 1488-ə, yoluxanların sayı isə 63 918 nəfərə yüksəlib.

APA-nın “Wanyi” informasiya portalına istinadən verdiyi xəbərə görə, virusa yoluxanlardan 6982 nəfəri sağalaraq xəstəxanalardan buraxılıb.

Hubey əyalətində də vəziyyət yaxşı deyil. Bu günə olan məlumata görə, əyalət üzrə yoluxanların sayı 51986 nəfərəa çatıb, onlardan 1426-sı ölüb, 4131-i isə müalicə nəticəsində sağalıb.

Qeyd edək ki, Çindən kənarda koronavirusa yoluxanların sayı 505-ə çatıb. Onlardan ikisinin öldüyü bildirilir. Virusa yoluxanların sayına görə Çindən sonra Yaponiya (251 fakt), Sinqapur (58 fakt) və Tayland (33 fakt) gəlir.

Xəbəri paylaş: