COVİD-19 vaksininin hazırlanması üçün qan verdilər

COVİD-19 vaksininin hazırlanması üçün qan verdilər

16.04.2020 Off By admin

“Hakimiyyet.com” xəbər verir ki,

Koronavirusdan sağalan dünyaca məşhur amerikalı aktyor Tom Henks və həyat yoldaşı Rita Uilson infeksiya ilə mübarizə aparmaq üçün kömək edəcəklər.

bu barədə aktyorun arvadı Rita “CBS” televiziyasına verdiyi açıqlamada danışıb.

O, qanlarında infeksiyaya qarşı yaranan immunitetin vaksin hazırlamaq üçün faydalı ola biləcəyini bildirib:

“Hazırda həkimlərdən cavab gözləyirik. Əgər bizim immunitetimiz müsbət nəticə verərsə, plazma donorları olacağıq”.

Qeyd edək ki, 63 yaşlı aktyor Elvis Preslinin həyatı ilə bağlı filmə çəkilmək üçün arvadı ilə birlikdə Avstraliyaya yollanmışdılar. Onlar “Covid-19” virusuna orada yoluxmuşdular.

Xəbəri paylaş: