COVID-19 virusu Moskvada daha 14 nəfərin ölümünə səbəb olub

COVID-19 virusu Moskvada daha 14 nəfərin ölümünə səbəb olub

17.04.2020 Off By admin

“Hakimiyyet.com” xəbər verir ki,

Rusiya paytaxtında pnevmoniya diaqnozu qoyulmuş və COVID-19 test nəticəsi müsbət olan daha 14 nəfər ölüb.

APA “TASS”-a istinadən xəbər verir ki, bu barədə Moskvada yaradılmış Operativ Qərargahdan bildirilib.

Bildirilir ki, xəstələr 29-88 yaş aralığında olub. Onların hamısında paralel olaraq digər xəstəliklər də aşkar edilib: “Bunların arasında hipertoniya, kardioskleroz, aterosklerotik anevrizm. Xəstələrdən beşi şəkərli diabetdən də əziyyət çəkirdi”.

Qeyd edək ki, son sutka ərzində Rusiyada  3448 nəfərdə koronavirus aşkar edilib, bununla da yoluxanların ümumi sayı 27 938 nəfərə çatıb. İndiyədək 232 nəfər eyni virus səbəbindən həyatını itirib, 2304 nəfər də sağalıb.

Xəbəri paylaş: