Dələduz Göyçay sakinini aldadaraq 30 min manat pulunu alıb

Dələduz Göyçay sakinini aldadaraq 30 min manat pulunu alıb

19.11.2020 Off By admin

Nəsimi rayonunda vətəndaşın etibarından sui-istifadə edərək dələduzluq etməkdə şübhəli bilinən şəxs yaxalanıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Hakimiyyet.com-a bildiriblər ki, dələduzluq etdiyinə görə tutulmuş T.Məmmədovla bağlı rayon polis idarəsinin əməkdaşlarının apardıqları tədbirlər nəticəsində onun 2019-cu ilin aprel ayında Göyçay rayon sakini X.Orucovu aldadaraq 30 min manat məbləğində pulunu alması da müəyyənləşdirilib.

Hadisə ilə bağlı təhqiqat davam etdirilir.

Xəbəri paylaş: