Daha iki tennisçi virtual turnirdə iştirak edəcəyini açıqlayıb

Daha iki tennisçi virtual turnirdə iştirak edəcəyini açıqlayıb

16.04.2020 Off By admin

Bakı, 16 aprel, AZƏRTAC

Daha iki tennisçi virtual turnirdə iştirak edəcəyini açıqlayıb.

AZƏRTAC xəbər verir ki, yarışın iştirakçıları siyahısına fransalı Qael Monfis və Belarus təmsilçisi Viktoriya Azarenko da qoşulublar.

Daha əvvəl ispaniyalı Rafael Nadal, britaniyalı Endi Marrey, Fransa tennisçisi Lyuk Puy, ABŞ idmançısı Con İsner, Almaniya təmsilçisi Anjelika Kerber, Karla Suares-Navarro (İspaniya) və niderlandlı Kiki Bertens turnirdə iştirakını təsdiqləmişdi.

Aprelin 27-də start götürəcək turnirdən əldə olunan gəlir koronavirusla mübarizə ilə məşğul olan qurumların hesabına köçürüləcək.

Xəbəri paylaş: