Diaqnostik qiymətləndirmənin keçirilmə tarixi şəxsi səhifələrə göndərilib

20.12.2019 Off By admin

Dövlət ümumi təhsil müəssisələrində çalışan psixoloqların bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsinin keçirilmə tarixi barədə məlumat namizədlərin şəxsi səhifələrinə göndərilib.

Təhsil Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, diaqnostik qiymətləndirmə dekabrın 24-dən 28-dək Azərbaycan Dövlət İqtisad Universitetinin 2 nömrəli tədris binasında keçiriləcək. Test imtahanında namizədlərə 90 dəqiqə ərzində psixologiya üzrə 60 test tapşırığı təqdim olunacaq. Hər düzgün cavab 1 balla qiymətləndiriləcək. İmtahana gələn namizədlərdən şəxsiyyəti təsdiq edən sənədin əsli tələb olunacaq.

 

Xəbəri paylaş: