Dilənçi qadının üç evi varmış

05.01.2020 Off By admin

Türkiyənin Qaziantep şəhərinin İslahiyə rayonunda məscidin önündə dilənən Sevda K. adlı qadın bələdiyyə işçiləri tərəfindən saxlanılıb.

Tibbi müayinədən sonra 65% görmə məhdudiyyəti olan, amma özünü heç görmürmüş kimi aparan qadın haqqında araşdırmalar zamanı məlum olub ki, onun adında üç ev və iki iş texnikası var imiş.

Son iki ildə 12 dəfə bələdiyyə məmurları tərəfindən yaxalanan qadın yenə dilənmək adətindən əl çəkmir.

Əmlak cəhətdən kifayət qədər zəngin olan qadın cəzası yazıldıqdan sonra sərbəst buraxılıb.

Xəbəri paylaş: