Dövlət İmtahan Mərkəzində TOEFL imtahanı keçiriləcək

31.01.2020 Off By admin

Fevralın 1-də Dövlət İmtahan Mərkəzində (DİM) TOEFL imtahanı keçiriləcək.

DİM-dən AZƏRTAC-a bildirilib ki, TOEFL IBT imtahanı Dövlət İmtahan Mərkəzinin Yasamal rayonu, Mikayıl Müşfiq küçəsi, 1M ünvanında yerləşən inzibati binasında təşkil olunacaq.

İmtahan saat 09:30-da başlayacaq. İmtahanda iştirak edən şəxslər saat 08.30-dan gec olmayaraq imtahan binasında olmalıdırlar.

TOEFL imtahanında iştirak etmək üçün 15 və daha aşağı yaş qrupuna aid olan uşaqlar imtahan binasına valideynləri ilə birlikdə gəlməlidirlər. İmtahan haqqında ümumi məlumatla tanış olmaq və qeydiyyatdan keçmək üçün http://dim.gov.az/activities/exams/toefl/ linkinə daxil olmaq mümkündür.

Xəbəri paylaş: