Dünya texnologiya nəhənglərinin uşaq qətliamı

22.12.2019 Off By admin

Dünyanın ən nüfuzlu texnologiya nəhənglərindən olan “Google”, “Apple”, “Tesla”, “Microsoft” və “Dell” şirkətlərinə Konqo Demokratik Cümhuriyyətində baş verən azyaşlı işçilərin ölümü ilə bağlı cinayət işi açılıb. Bu barədə “İndependent” agentliyi məlumat yayıb.

Məlumata görə, Beynəlxalq hüquq müdafiəçiləri təşkilatı smartfon, elektriklə işləyən avtomobillər bə kompüter istehsalında istifadə edilən kobalt çıxarılan mədənlərdə işlədilən və ağır iş şəraitinə tab gətirməyərək ölən, yaralanan uşaqlara görə onların ailələri 5 texnologiya nəhəngini məhkəməyə verib.

İddianamədə Tesla, Appe, Google, Microsoft və Dell şirkətlərinə qarşı bir çox ittihamlar yer alır.

Nəhəng şirkətlər Konqo Demokratik Respublikasında ‘məcburi əmək sistemi’nin yaradılmasında günahlandırılır.

İddia sənədlərində qeyd edilir ki, ailələr yoxsulluq içində yaşadıqları üçün uşaqlarını təhsildən kənarlaşdıraraq bu mədənlərdə işləmək üçün müraciət edirlər. Qeyd edilir ki, bu mədənlərdə çalışan uşaqların ən kiçiyinin 6 yaşı var və onlar çox asanlıqla işə qəbul olunurlar.

Yoxsulluq içində yaşayan ailələr isə buna məcbur şəkildə razı olurlar. Şikayətlərdə qeyd ediir ki, kobalt mədənlərində işləyən bu azyaşlı işçilərin təhlükəsizliyi üçün heç bir tədbir görülməyib və bu şirkətlər həmin uşaqları göz görə-görə ölümə göndərirlər.

Ailələri təmsil edən vəkillər bildirirlər ki, ən bahalı məhsullar istehsal edən bu şirkətlər ucuz kobalt əldə edə bilmək üçün azyaşlılardan istifadə edirlər. Bu vəkillərdən biri olan Terrence Collingsvors Reuters agentliyinə verdiyi açıqlamada qeyd edib ki, dünya nəhəngi olan şirkətlər uşaqların ölməyinə, ən yaxşı variantda əlil olamlarına asanlıqla göz yumurlar: “Həftədə 6 gün işləyən uşaqların bəzilərinə gündə 1.5 dollar ( 2.55 azn) pul ödənilir. Acından ölməmək üçün həyatlarını riskə atırlar. Burada işləyən insanların önündəki seçim bundan ibarətdir.”

Dünyada kobaltın 70 faizdən çoxu Konqoda çıxarılır

Dünya Mədənçiləri İttifaqının hesablamalarına görə, dünyada çıxarılan kobaltın 70 faizi Konqon Demokratik Respublikasının payına düşür.

Texnologiya sənayesində istifadə edilən, milyonlarla məhsulda yer alan enerji yığan litium batareyalarının istehsalında önəm daşıyan kobalta tələbat illər keçdikcə daha da artır.

Xəbəri paylaş: