Ermənistanda baş vermiş qəzada 6 nəfər xəsarət alıb, 3-ü hərbçidir

Ermənistanda baş vermiş qəzada 6 nəfər xəsarət alıb, 3-ü hərbçidir

17.04.2020 Off By admin

“Hakimiyyet.com” xəbər verir ki,

Ermənistanda Vardenis-Çambarak avtomobil yolunda, Masrik kəndi yaxınlığında avtoqəza baş verib.

APA “NEWS.am”a istinadən xəbər verir ki, avtoqəza nəticəsində ağır yaralanan 6 nəfərdən üçü Ermənistan Müdafiə Nazirliyinin hərbi qulluqçularıdır.

Bildirilir ki, Masrik kəndi yaxınlığında hərbçilərin olduğu “VAZ 2121” markalı avtomobil idarəetmədən çıxaraq aşıb. Hadisə onların xidmətdə olmadığı şəraitdə baş verib. Yaralılardan ikisi xəstəxanadadır, qalan 4 nəfər Vardenis Tibb Mərkəzindədir.

Xəbəri paylaş: