Fransada təqaüd islahatları əleyhinə nümayişlər davam edir

18.12.2019 Off By admin

Fransa Daxili İşlər Nazirliyinin məlumatına görə, bu gün ölkədə təqaüd islahatları əleyhinə nümayişə 615 min, həmkarlar ittifaqına görə isə 1 milyon 800 min nəfər qatılıb.

AZƏRTAC xəbər verir ki, Daxili İşlər Nazirliyi dekabrın 5-də keçirilən birinci ümumi tətil və nümayişlərdə 806 min, həmkarlar ittifaqı isə 1 milyon 500 min nəfərin iştirak etdiyini bildirmişdi.

Parisdə nümayişçilərin sayı ilə bağlı 3 fərqli fikir söylənilib. Occurence sorğu kabinetinə görə 72 min 500, Daxili İşlər Nazirliyi 76 min, həmkarlar ittifaqı isə 350 min nümayişçinin olduğunu qeyd edib. Ötən həftə ilə müqayisədə paytaxtda nümayişçilərin sayının artdığı vurğulanıb.

Paytaxtda nümayişçilərlə polis arasında gərgin anlar yaşanıb.

Qeyd edək ki, ölkədə balanslaşdırılmış təqaüd yaşının 67 yaşa qədər artırılacağı söylənilir. Əhalinin üçdəikisinin tətil və nümayişləri dəstəklədiyi bildirilir.

Xəbəri paylaş: