Fransız siyasətçilər Ermənistan silahlı qüvvələrinin hücumu barədə məlumatlandırılıblar

Fransız siyasətçilər Ermənistan silahlı qüvvələrinin hücumu barədə məlumatlandırılıblar

28.09.2020 Off By admin

Paris, 28 sentyabr, AZƏRTAC

Azərbaycanın Fransadakı səfirliyinin Mədəniyyət Mərkəzində 50-yə qədər fransız mer, parlamentari və siyasətçilərə Ermənistanın ölkəmizə qarşı son hərbi hücumu haqqında məlumat verilib.

AZƏRTAC xəbər verir ki, səfirliyimizin diplomatı Fərid Soltanov Ermənistan silahlı qüvvələrinin ölkəmizə qarşı genişmiqyaslı hərbi hücum etdiyini söyləyib.

Bildirib ki, sentyabrın 27-də saat 06:00 radələrində Ermənistan silahlı qüvvələri genişmiqyaslı təxribat törədərək cəbhəboyu zonada yerləşən Azərbaycan Ordusunun mövqelərini və yaşayış məntəqələrimizi iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutub.

Ermənistan silahlı qüvvələrinin döyüş aktivliyinin qarşısını almaq, qoşunların qarşıdurma xəttinə yaxın zonalarda yaşayan mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə cavab tədbirləri görülüb və Azərbaycan Ordusunun komandanlığı tərəfindən qoşunlarımızın bütün cəbhə boyu əks-hücum əməliyyatı başlaması barədə qərar verilib.

Qeyd edilib ki, Ermənistan silahlı qoşunlarının bugünkü hərbi hücumu nəticəsində mülki əhali və hərbiçilər arasında itkilər və yaralılar var.

Şəhla Ağalarova

AZƏRTAC-ın xüsusi müxbiri

Paris

AZERTAG.AZ :Fransız siyasətçilər Ermənistan silahlı qüvvələrinin hücumu barədə məlumatlandırılıblar

Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

Xəbəri paylaş: