Futbolçu azarkeşlə əlbəyaxa olub

04.02.2020 Off By admin

Şimali İrlandiya Kubokunun 1/8 final mərhələsində keçirilən “Uorrenpoint” – “Ballimena” oyununda insident yaşanıb.

Apasport.az saytının məlumatına görə, qonaqların 2:1 hesabı ilə qalib gəldiyi görüşdən dərhal sonra meydan sahiblərinin qapıçısı ilə yerli fanatlardan biri arasında dava düşüb.

Son dəqiqələrdə buraxılan qola üzülən qapı arxasındakı fanatlardan biri qolkiperi təhqir edib. Buna dözməyən çərçivə qoruyucusu azarkeşlər tərəfə qaçaraq onunla əlbəyaxa olub. Onları azarkeşlər və digər futbolçular çətinliklə ayırıblar. Dava zamanı reklam lövhəsi aşıb.

Hadisəni sosial şəbəkə vasitəsilə müzakirə edən azarkeşlər günahın qapıçıda olmadığını yazıblar.

0:00

Xəbəri paylaş: