Futzal üzrə Azərbaycan kubokunun 1/32 final mərhələsinin püşkatma mərasimi olacaq

13.12.2019 Off By admin

Dekabrın 16-da Bakı İdman Sarayında futzal üzrə Azərbaycan kubokunun 1/32 final mərhələsinin püşkatma mərasimi təşkil olunacaq.

AZƏRTAC xəbər verir ki, bu mərhələdə Birinci və İkinci liqalarda çıxış edən komandalar bir-birinə rəqib olacaqlar.

1/32 final mərhələsində Birinci Liqa komandalarından “Standard”, “AjaxBaku”, “Forza Neftçi”, ADBTİA, “Star karqo”, “Red Line”, “Metropoliten”, “Ulduz”, AzMİU, U-19, “Baku Fans”, “Qarabağ-Füzuli”, “Rayyan”, “Yasamal-2”, “Xızı Yasamal”, “Baku Fire-2”, “Zəngilan”, “Çinar Cəbrayıl”, “Zirvə Bakı”, “Veqa”, İkinci Liqa komandaları NTD, “Advokat”, “Baku Fire-3”, “Baker Tilly”, “Altay”, “Dalğa”, “Atletiko Baku”, “Bibi-Heybət”, “Hövsan”, “Star karqo-2”, “Bədr Xocalı”, “Borçalı”, “Zülfüqar”, “Təbriz”, “Gənclik”, “Baker Hughes”, AZZERS, “Timsport”, “Zirvə Bakı-2” və “Emin spor” mübarizə aparacaqlar.

Xəbəri paylaş: