Göyçayda şəhid ailələri ziyarət olunub

19.01.2020 Off By admin

Göyçayda rayon icra hakimiyyətinin, Qeydiyyat şöbəsinin və Regional ədliyyə idarəsinin nümayəndələri 20 Yanvar faciəsinin qurbanları olan Mehman Muradovun və Rauf İsayevin ailələrini ziyarət ediblər.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, görüşlərdə rayon icra hakimiyyəti başçısının müavini Zivər Zeynalova 20 Yanvar şəhidlərinin heç vaxt unudulmayacağını, onların xatirəsinin daim qəlblərdə yaşayacağını bildirib.

Mehman Muradovun qardaşı Mehdi Muradov şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə minnətdarlığını bildirib. Görüşlərdə şəhid ailələrinə humanitar yardımlar göstərilib.

Xəbəri paylaş: