GUAM müşahidəçiləri: Seçicilərin öz iradələrini sərbəst ifadə etmələri üçün hər cür şərait yaradılmışdı

10.02.2020 Off By admin

GUAM Parlament Assambleyasının müşahidə missiyası Milli Məclisə seçkilərlə əlaqədar müşahidələrinin nəticələrini açıqlayıb.

AZƏRTAC xəbər verir ki, missiyasının üzvü Mayran Zablotskiy seçkilərin tam demokratik şəraitdə keçdiyini bildirib. O, Bakının Nəsimi, Səbail, Yasamal rayonlarında yerləşən seçki dairələrinin məntəqələrində səsvermə prosesini izlədiklərini qeyd edib. Vurğulayıb ki, seçicilər heç bir təzyiqə məruz qalmadan öz seçimlərini edirdilər. Seçkilər beynəlxalq standartlara və Azərbaycan qanunvericiliyə uyğun şəkildə keçirildi. Seçicilərin öz iradələrini sərbəst şəkildə ifadə etmələri üçün hər cür şərait yaradılmışdı. Məntəqələrdə heç bir pozuntu halı qeydə alınmadı.

GUAM nümayəndə heyətinin ukraynalı üzvü Svyatoslav Yuraş da seçkilərin qanunauyğun şəkildə təşkil olunduğunu, qayda pozuntularına rast gəlmədiklərini qeyd edib. O, Azərbaycan xalqını uğurlu seçkilər münasibətilə təbrik edib.

Xəbəri paylaş: