Harri Keyn Avropa çempionatını buraxacaq

17.01.2020 Off By admin

“Tottenhem”in hücumçusu Harri Keyn uzun müddətə sıradan çıxıb.

Apasport.az saytının xarici mətbuata istinadən məlumatına görə, tibbi müayinədən keçən forvardın durumunun ciddi olduğu aşkarlanıb.

Tanınmış cərrah Kris Uilson İngiltərə millisinin üzvünün Avropa çempionatını buraxacağını bildirib: “Düşünürəm ki, Keyn 6 ay futbol oynamayacaq. Əməliyyatdan sonra ona uzun müddət bərpa dönəmi lazım olacaq. Keynin apreldə qayıdacağını deyirlər. Ancaq indiki durumda bunu edə bilsə, təəccüblənərəm. Harri yalnız gələn mövsümə hazır ola bilər”.

Xəbəri paylaş: