“Heyvan subsidiyası” modulundan istifadə qaydaları ilə bağlı təlimlər keçirilir

11.02.2020 Off By admin

Carı ilin yanvar-fevral ayları ərzində regionlarda yaşayan heyvandar fermer və mütəxəssislər üçün “Kənd təsərrüfatı məhsulları istehsalının subsidiyalaşdırılması Qaydası”nın tətbiqi və Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemi (EKTİS) ilə bağlı təlimlər davam etdirilib.

Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən AZƏRTAC-a bildirilib ki, heyvan subsidiyası modulundan istifadə qaydaları ilə bağlı Astara Dövlət Aqrar İnkişaf Mərkəzində (DAİM) keçirilmiş təlimdə 33 nəfər, Cəlilabad DAİM-dəki təlimdə 24 nəfər, Lənkəran DAİM-dəki təlimdə 45 nəfər, Şamaxı DAİM-də keçirilmiş təlimdə 52 nəfər, Qax DAİM-dəki təlimdə isə 46 nəfər iştirak edib.

Təlimlərə cəlb olunmuş iştirakçıların əksəriyyəti süni mayalandırma texnikləri, baytar sahə həkimləri, feldşerlər və sahə mütəxəssisləri olublar.

Respublikamızın müxtəlif rayonlarında “Heyvan subsidiyası” ilə bağlı maarifləndirmə işləri davam edir.

Xəbəri paylaş: