İdman sahəsində seleksiya üzrə baş mütəxəssislərə yeni aylıq vəzifə maaşları müəyyən edilib

İdman sahəsində seleksiya üzrə baş mütəxəssislərə yeni aylıq vəzifə maaşları müəyyən edilib

16.09.2020

“Hakimiyyet.com” xəbər verir ki,

 Nazirlər Kabineti  “Olimpiya idman növləri üzrə milli yığma komandaların Baş məşqçilərinə aylıq vəzifə maaşlarının təyin edilməsi haqqında” qərarında dəyişiklik edib.

APA-nın məlumatına görə, qərarın adı dəişdirilib və və  “İdman sahəsində seleksiya üzrə baş mütəxəssislərə aylıq vəzifə maaşlarının müəyyən  edilməsi haqqında” qərar olub.

İndiyə qədər  olimpiya idman növləri üzrə milli yığma komandaların Baş məşqçilərinin aylıq vəzifə maaşları 890 (səkkiz yüz doxsan) manat məbləğində olub, Olimpiya idman növləri üzrə milli yığma komandalarının Baş məşqçilərinin aylıq vəzifə maaşlarının ödənilməsi dövlət büdcəsinin “Bədən tərbiyəsi və idman tədbirləri” bölməsinin vəsaitləri hesabına həyata keçirilib.

Dəyişikliyə əsasən, idman sahəsində seleksiya üzrə baş mütəxəssisin aylıq vəzifə maaşı 890 (səkkiz yüz doxsan) manat məbləğində müəyyən edilib. İdman sahəsində seleksiya üzrə baş mütəxəssisin aylıq vəzifə maaşının ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsinin “Bədən tərbiyəsi və idmanın təşkili” bölməsinin vəsaitləri hesabına həyata keçiriləcək.

 Bu Qərar 2020-ci il sentyabrın 1-dən tətbiq edilir.

 

 

Xəbəri paylaş: