İki avtomobil toqquşdu, xanım sərnişin xəstəxanalıq oldu – VİDEO

23.02.2020 Off By admin

Paytaxtın Binəqədi rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Oxu.Az bildirir ki, qəza Azadlıq və Ziya Bünyadov prospektlərinin kəsişməsində qeydə alınıb.

Belə ki, “Opel” markalı nəqliyyat vasitəsi eyni istiqamətdə olan “Ravon” markalı minik maşınına çırpılıb.

Məlumata görə hadisə zamanı “Ravon” işıqforun qırmızı işığında dayanmış halda olub.

Hadisə nəticəsində “Ravon”da olan xanım sərnişin ağır xəsarət alaraq, 1 saylı  Şəhər Klinik Xəstəxanasına yerləşdirilib.

 

Xəbəri paylaş: