“İnter” futbolçu Yanqın transferinə görə “Mançester Yunayted”lə danışıqlara başlayıb

09.01.2020 Off By admin

İngiltərənin “Mançester Yunayted” futbol klubunun müdafiəçisi Eşli Yanq İtaliyanın “İnter” klubuna keçə bilər. AZƏRTAC xəbər verir ki, bu barədə məlumatı “Sky Sports” telekanalı yayıb.

Milan klubunun nümayəndələri “Mançester”lə danışıqlara artıq başlayıblar və Yanqa ilyarımlıq müqavilə təklif etməyə hazırdırlar. İndiki mövsümdə 34 yaşlı müdafiəçi müxtəlif turnirlərdə klubun heyətində 18 matç keçirib, bir qol vurub və bir səmərəli ötürmə edib.

Yanq “Mançester Yunayted”in heyətində İngiltərə çempionu (2012/13), İngiltərə Kubokunun sahibi (2015/2016) və Avropa Liqasının qalibi (2016/17) olub. Yanq İngiltərə yığmasının heyətində 39 matç keçirib, yeddi qol vurub.

“Mançester Yunayted” İngiltərə çempionatının cari mövsümündə 21 matçdan sonra 31 xal toplayaraq beşinci yeri tutur. “Mançester Yunayted” yanvarın 18-də növbəti turda öz meydanında “Norviç”i qəbul edəcək. “İnter” İtaliya çempionatında liderlik edir. Milan kulubu 18 oyundan sonra 45 xal toplayıb.

Xəbəri paylaş: